Kafedə insident: Sakinlər bir-birini döydü, atəş açıldı

Kafedə insident: Sakinlər bir-birini döydü, atəş açıldı

Kafedə insident: Sakinlər bir-birini döydü, atəş açıldı

Şəmirdə kafedə kütləvi dava olub. 

Daxili İşlər Nazirliyindən Polemika.az-a verilən məlumata görə, hadisə martın 13-də saat 1 radələrində Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində qeydə alınıb. Kənd sakinləri N.Bağıyev və əvvəllər məhkum olunmuşlar - E.Nağıyev və qardaşı xuliqanlıq zəminində biri-birilərini döyüblər. Bu zaman E.Nağıyevin ov tüfəngindən açdığı atəş kənd sakini H.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyib. Bu barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbiri nəticəsində E.Nağıyev və N.Bağıyev saxlanılıblar. E.Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır. 

Kafedə insident: Sakinlər bir-birini döydü, atəş açıldı