İsrail Ukraynaya “Dəmir qübbə” sistemlərini vermədi - Rusiyadan çəkindi

İsrail Ukraynaya “Dəmir qübbə” sistemlərini vermədi - Rusiyadan çəkindi

İsrail Ukraynaya “Dəmir qübbə” sistemlərini vermədi - Rusiyadan çəkindi

İsrail Ukraynaya “Dəmir qübbə” sistemlərini verməkdən imtina edib.

Polemika.az “Ynet”ə istinadla xəbər verir ki, Ukrayna ötən ilin ortalarında İsrail və ABŞ-dan onu “Dəmir qübbə” sistemləri ilə təchiz etməyi xahiş etmişdi.

Tanınmış israilli jurnalist Nadav Eyal isə yazır ki, hazırda İsrail kifayət qədər çətin vəziyyətdədir və belə avadanlıqların tədarükü Rusiya ilə münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb ola bilər:

“İsrail bu istiqamətdə bir sıra danışıqlar aparıb və “Dəmir qübbə”in tədarükü məsələsinin gündəmdən çıxarılmasına nail olub. Artıq Kiyev bununla bağlı Təl-Əvivdən məyus olduğunu bildirib”.

Qeyd edək ki, İsrail “Barak-8” və “Dəmir qübbə” hava hücumundan müdafiə sistemlərini sayılı ölkələrə ixrac edib və bunlardan biri də məhz Azərbaycandır.

İsrail Ukraynaya “Dəmir qübbə” sistemlərini vermədi - Rusiyadan çəkindi