İranla danışıqlar son mərhələdədir - Dövlət Departamenti

İranla danışıqlar son mərhələdədir - Dövlət Departamenti

İranla danışıqlar son mərhələdədir - Dövlət Departamenti

Тüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün İranla danışıqlar yekun mərhələdədir.

Polemika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, tərəflərin razılığa gəlməsinə bir neçə həftədən çox vaxt qalmayıb. Bu barədə bazar ertəsi ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi bildirib.

"Hazırda yolun son mərhələsindəyik. Danışıqlar əbədi davam edə bilməz. Bu nə proqnoz, nə təhlükə, nə də süni şəkildə müəyyən edilmiş son tarixdir. Bu, sadəcə olaraq, İrana və "5+1" qrupunun bütün üzvlərinə çatdırdığımız tələbdir". - deyə diplomat bildirib.

Onun sözlərinə görə, tərəflərin İranın nüvə sazişinin şərtlərini yerinə yetirməsinə qayıtmasına bir neçə həftədən çox vaxt qalmayıb.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, Tehran JCPOA-ya qayıtmaq niyyətində olub-olmaması ilə bağlı siyasi qərar verməlidir.

İranla danışıqlar son mərhələdədir - Dövlət Departamenti