İranla danışıqlar gələn həftə bərpa olunacaq

İranla danışıqlar gələn həftə bərpa olunacaq

İranla danışıqlar gələn həftə bərpa olunacaq

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlar dekabrın 27-də Vyanada davam etdiriləcək.

Polemika.az xəbər verir ki, bu barədə Aİ XİN baş katibinin müavini və JCPOA üzrə Birgə Komissiyanın əlaqələndiricisi Enrike Mora məlumat yayıb.

"Vyanada danışıqlar Bazar ertəsi, dekabrın 27-də davam etdiriləcək. Birgə JCPOA Komissiyası müzakirə və irəliləyiş yolu müəyyən etmək üçün toplanacaq", - deyə o, "Twitter" səhifəsində yazıb.

İranla danışıqlar gələn həftə bərpa olunacaq