"İranın heç bir aktivi azad olunmayıb" - Dövlət Departamenti
"İranın heç bir aktivi azad olunmayıb" - Dövlət Departamenti
Vyana nüvə danışıqlarının yeni mərhələsinin başlanması ilə eyni vaxtda ABŞ Dövlət Departamenti İranın dondurulmuş aktivlərindən heç biri azad edilməyib.
Polemika.az "Əl-Cəzirə" televiziyasına istinadla xəbər verir ki, Dövlət Departamenti bu xəbərlərin həqiqətə uyğun olmadığını açıqlayıb.
Məlumatda əlavə edib: "Diplomatik razılığa nail olana qədər İrana qarşı sanksiyalarımız həyata keçiriləcək və ABŞ-ın tərəfdaşları İranın dondurulmuş heç bir əmlakını bu ölkəyə təhvil verməyiblər".
Xatırladaq ki, noyabrın 10-da Vyanada nüvə müzakirələrinin yeni raundu başlayıb.