İran səfiri İrəvanda Zəngəzur dəhlizindən danışdı

İran səfiri İrəvanda Zəngəzur dəhlizindən danışdı

İran səfiri İrəvanda Zəngəzur dəhlizindən danışdı

"İran həm Ermənistandan, həm də Azərbaycandan keçən kommunikasiyalara böyük əhəmiyyət verir".

Polemika.az "Armenian News"a istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri bildirib.

Səfir hesab edir ki, Fars körfəzi ilə Qara dənizi birləşdirən tranzit yolu təkcə İran və Ermənistan üçün deyil, onun keçəcəyi digər ölkələr üçün də ciddi imkanlar yarada bilər.

O bildirib ki, bu məsələnin hüquqi tərəfləri müzakirə olunur, bununla bağlı yaxın vaxtlarda iclas keçiriləcək.

“Zəngəzur dəhlizi”nə gəlincə, səfirin xatırladıb ki, Ermənistanın yüksək rütbəli rəsmiləri dəfələrlə öz mövqelərini bildiriblər:

“Fars körfəzi ilə Qara dənizi birləşdirən tranzit yolunun bu mövzuya qətiyyən aidiyyatı yoxdur. Bu, ayrıca yoldur”.

İran səfiri İrəvanda Zəngəzur dəhlizindən danışdı