İran İƏT, yoxsa Aİİ ölkələri ilə daha çox ticarət edir?

İran İƏT, yoxsa Aİİ ölkələri ilə daha çox ticarət edir?

İran İƏT, yoxsa Aİİ ölkələri ilə daha çox ticarət edir?

İranın Gömrük Təşkilatı builki ticarət dövriyyəsini əks etdirən statistikanı açıqlayıb.

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, bu ilin (hicri-şəmsi il 1400-cü il 2021-ci il martın 21-dən başlayıb - red.) birinci yarısında İranın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzvləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard 255 milyon dollar (15 milyon 307 min ton mal-əmtəə) təşkil edib.

Bu, əvvəlki dövrlə müqayisədə 60 faiz artım deməkdir.

4 milyard 555 milyon 123 min 472 dollarlıq ixrac payının 2 milyard 700 milyon 106 min 929 dollarlıq hissəsi İƏT-ə üzv olan 9 ölkəyə məxsusdur.

O cümlədən İrandan Türkiyə 2 milyard 308 milyon, Əfqanıstana 999 milyon, Pakistana 544 milyon, Özbəkistana 217 milyon və Azərbaycan Respublikasına 22% artımla 212 milyon dollar dəyərində (389 min ton) mal-əmtəə ixrac edilib. 

Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvləri ilə ticarət dövriyyəsi isə 2 milyard 483 milyon dollar təşkil edib. Bu ölkələr 1 milyon 167 min 858 ton mal ixrac edib. İdxalın payı isə 1 milyard 968 milyon 730 min 460 dollar olub.

 

İran İƏT, yoxsa Aİİ ölkələri ilə daha çox ticarət edir?