İnterpol kralın silah taciri olan dostunu axtarışa verdi

İnterpol kralın silah taciri olan dostunu axtarışa verdi

İnterpol kralın silah taciri olan dostunu axtarışa verdi

İnterpol BƏƏ-dən İspaniyanın fəxri kralı I Xuan Karlosla yaxın əlaqələri olan Əbdül Rəhman əl-Assir adlı beynəlxalq axtarışda olan silah tacirini dərhal həbs etməyi xahiş edir.

Polemika.az xəbər verir ki, İnterpolun ekstradisiya üçün həbs mənasını verən qırmızı bildirişi əl-Assirin Əbu-Dabidə gizləndiyi məlum olduqdan bir neçə gün sonra verilib.

Bu əmr İspaniya polisinin beynəlxalq əməkdaşlıq kanallarını aktivləşdirməsindən sonra Madriddəki İnterpol ofisi tərəfindən çatdırılıb.

İnterpolun BƏƏ-nin paytaxtında ofisi də öz növbəsində orderi bu ölkə polisinin operativ qruplarına təhvil verib.

"Pais" nəşrin məlumatına görə, İspaniya polisi BƏƏ-nin hüquq-mühafizə orqanlarını Madridin fərari həbs etməkdə maraqlı olması barədə məlumatlandırmaq üçün Əbu-Dabidəki İspaniya səfirliyindəki Daxili İşlər Nazirliyinin attaşesi ilə əlaqə saxlayıb.

Qəzet bundan əvvəl bir ildən çoxdur Əbu-Dabidə yaşayan İspaniyanın fəxri kralı I Xuan Karlosun vergi fırıldaqları ilə bağlı beynəlxalq axtarışa verilmiş əl-Assirlə yaxından əlaqə saxladığını yazıb.

Kralla Livan əsilli ispan iş adamı əl-Assir arasında dostluq 1980-ci illərdə başlayıb. O, açıq xarakterə malik idi və çoxsaylı qarşılıqlı tanışlıqlara və it ovuna olan həvəsə əsaslanırdı.

Silah alverçisi2018-ci il oktyabrın 4-də mühakimə olunmaq üçün Madrid məhkəməsinə çağırılarkən itkin düşüb. Həmçinin 2019-cu ildə o, işi üzrə dinləmələr üçün dəfələrlə İspaniyada məhkəməyə gəlməyib. Daha sonra məhkəmə onun həbsi üçün beynəlxalq order verib.

Prokurorlar 71 yaşlı silah alverçisinin 8 il həbs və 90 milyon avro cərimələnməsini tələb edir. İttiham tərəfinin fikrincə, 2002-2003-cü illərdə əl-Assir maliyyə fırıldaqlarının köməyi ilə 15 milyon avro məbləğində vergi ödəməkdən yayına bilib.

Prokurorluq təqsirləndirilən şəxsin həbsinə dair orderin qüvvədə qaldığını təsdiqləyib.

İnterpol kralın silah taciri olan dostunu axtarışa verdi