“Interpol” 81 azərbaycanlını niyə axtarır?

“Interpol” 81 azərbaycanlını niyə axtarır?

“Interpol” 81 azərbaycanlını niyə axtarır?

“Interpol”un qırmızı bülleteni ilə axtarışda olan 7501 nəfərdən 81-i azərbaycanlıdır. Bu şəxslər müxtəlif cinayət məsuliyyətinə görə hazırda dünyanın 208 ölkəsində aranır. 

Polemika.az-a danışan kriminoloq-hüquqşünas Şəmsəddin Əliyev bildirib ki, onların Cinayət Məcəlləsinin konkret hansı maddəsi il ittiham olunduğu barədə məlumatsızdır:

“Açığı, beynəlxalq axtarışda – kartotekada olan azərbaycanlıların kriminal fəaliyyətləri ilə bağlı konkret məlumatım yoxdur. Ona görə də, ehtimal olunan ictimai təhlükəli əməllərin subyektləri ilə bağlı cavab verməkdə çətinlik çəkərəm. 

Azərbaycan dövlətinin hansı əcnəbi dövlətlə cinayətkarlın ekstradisiyasıyla bağlı müqaviləsi və tərəfdaşlığı varsa, o dövlətlər öz ərazilərində həmin insanları saxlayıb təhvil verməlidir. Çünki beynəlxalq cinayət hüququ bunu tələb edir və onlar da buna əməl etməlidirlər. 

Əgər qırmızı bülletenlə axtarılanlar başqa ölkələrdə, tutalım, Suriyada, yaxud Əfqanıstanda ekstremist qruplara qoşulublarsa, bu da həm Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, həm də beynəlxalq normalara zidd olan hallardır”.

“81 nəfərin beynəlxalq axtarışa verilməsi o deməkdir ki, onların şəxsiyyəti barədə kifayət qədər məlumat var. Təbii ki, axtarışa veriləndə şəxslər barədə cinayət işinin icraatı dayandırılır, lakin yaxalanıb Azərbaycan tərəfinə təhvil veriləndən sonra yenidən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun istintaq davam etdirilir. 

Şübhəsiz, bu insanlar ağır cinayətlər törədiblər ki, onların haqqında cinayət işi qaldırılıb. Konkret əməl bəlli deyil, amma əsas budur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə qadağan olunmuş ictimai-təhlükəli əməl törədiblər”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

 

“Interpol” 81 azərbaycanlını niyə axtarır?