İnsinye qol sayında Maradonanı geridə qoydu

İnsinye qol sayında Maradonanı geridə qoydu

İnsinye qol sayında Maradonanı geridə qoydu

"Napoli"nin futbolçusu Lorentso İnsinye Neapol təmsilçisindəki qol sayına görə argentinalı əfsanəvi hücumçu Dieqo Maradonanı geridə qoyub.

Polemika.az "Goal" nəşrinə istinadla xəbər verir ki, 31 yaşlı forvard buna evdə "İnter"lə 1:1 hesablı matçda nail olub.

Görüşün 7-ci dəqiqəsində penaltidən hesabı açan təcrübəli oyunçu "Napoli"də ümumilikdə 116-cı qolunu vurub.

1984-1991-ci illərdə "Napol"nin formasını geyinmiş Maradona isə bu komandanın heyətində rəqib qapılarından 115 top keçirib.

 

İnsinye qol sayında Maradonanı geridə qoydu