“İndi ən dəhşətli düşmən vahimədir” - Vitali Kliçko

“İndi ən dəhşətli düşmən vahimədir” - Vitali Kliçko

“İndi ən dəhşətli düşmən vahimədir” - Vitali Kliçko

Kiyev meri Vitali Kliçko paytaxt sakinlərinə müraciət edib. O şəhər sakinlərinə vahiməyə düşməməyi çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər merinin müraciətində qeyd olunub.

"Ukrayna təcavüzə məruz qalıb. Mərmi səsləri Kiyevdə də eşidilir. İndi ən dəhşətli düşmən vahimədir. Biz təmkinimizi itirmirik", - deyə V.Kliçko əlavə edib.

O qeyd edib ki, şəhərin mühüm infrastrukturu və həyat təminatı ilə məşğul olmayan hər kəs evdə qalmalıdır.

“İndi ən dəhşətli düşmən vahimədir” - Vitali Kliçko