“İlham Əliyev lider olduğunu bir daha göstərdi” - Volkan Aydemir

“İlham Əliyev lider olduğunu bir daha göstərdi” - Volkan Aydemir

“İlham Əliyev lider olduğunu bir daha göstərdi” - Volkan Aydemir

Brüsseldə keçirilən görüşlərdən sonra etdiyi açıqlama ilə Azərbaycan Prezidenti İlham Əliyev bizə və bütün dünya ictimaiyyətinə zəmanəsini çox qabaqlayan lider olduğunu bir daha göstərdi. Azərbaycan Prezidenti verdiyi açıqlamalarda bölgədə sülhün bərqərar olmasının regionun inkişafına əhəmiyyətli təsir edəcəyini vurğulayıb. Prezident İlham Əliyevin çıxışında toxunduğu investisiya layihələri, açılacaq kommersiya-nəqliyyat marşrutları kimi bir çox mövzular, ilk növbədə region ölkələrin inkişafına töhfə verəcək başlıca amillərdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “Kocaeli Derince” Azərbaycan Evi dərnəyinin rəhbəri Volkan Aydemir bildirib.

Azərbaycan Prezidentinin Brüssel səfərinə qalib tərəf olaraq qatılmasının əhəmiyyətini vurğulayan V.Aydemir deyib: “Azərbaycan qalib tərəf olmasına baxmayaraq hər zamankı kimi humanist çıxışları ilə seçildi. Azərbaycanın tutduğu diplomatik yoldan dönməməsi, verilən sözləri tutması isə yalnız Avropa İttifaqı ölkələri üçün deyil bütün dünyada etibarlı tərəfdaş olduğunun nümayişidir. Hər zaman sülh tərəfdarı olan Azərbaycan Cənubi Qafqaza iqtisadi və sosial sülhü gətirməyə çalışan uzaqgörən lideri ilə eyni tutumunu göstərdi. Daima quruculuq siyasəti ilə seçilən Azərbaycan Vətən müharibəsindən sonra da humanist siyasi xətti davam etdirməkdir. Prezident İlham Əliyevin Zəngəzur və Laçın dəhlizləri ilə bağlı fikirləri isə çox məntiqli olduğu qədər, həm də uzun illər davam edən qarşıdurmadan sonra bölgədə insanların sülh içində yaşamağa yenidən alışmasının ən gözəl üsuludur. Ümid edirəm ki, bu səfərdən sonra erməni tərəfi nəhayət ağlı ilə hərəkət edərək Azərbaycan Prezidentinin dünya mətbuatı qarşısında təkrarladığı “3+3” formatı və regional sülh çağırışına müsbət cavab verəcək”.

“İlham Əliyev lider olduğunu bir daha göstərdi” - Volkan Aydemir