İki qurum Ramiz Mehdiyevin nəzarətindən çıxdı - Qərar

İki qurum Ramiz Mehdiyevin nəzarətindən çıxdı - Qərar

İki qurum Ramiz Mehdiyevin nəzarətindən çıxdı - Qərar

Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) balansından çıxarılıb. Onların əsasında "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxsləri yaradılıb.

“Polemika.az” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 7 yanvar tarixli "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslərin yaradılması haqqında" Qərarında əksini tapıb.

Xatırladaq ki, AMEA-nın prezidenti Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdir.

İki qurum Ramiz Mehdiyevin nəzarətindən çıxdı - Qərar