Köçəryanın təxribatı baş tutmadı: “Paşinyan məcburdur ki, Azərbaycanla...”

Köçəryanın təxribatı baş tutmadı: “Paşinyan məcburdur ki, Azərbaycanla...”

Köçəryanın təxribatı baş tutmadı: “Paşinyan məcburdur ki, Azərbaycanla...”

“Ermənistan müxalifəti, xüsusən Robert Köçəryanın rəhbəri olduğu “Hayastan” bloku Paşinyanın yaxınlarda Moskvada keçiriləcək danışıqlarda Azərbaycana “güzəşt”ə gedəcəyi iddiası və bəhanəsi ilə mitinqlərə başlayır”.

Polemika.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Köçəryanın hakimiyyətə təzyiq məqsədilə atdığı belə addımlar effektli olmayacaq:

“Köçəryanın cəmiyyətdən aktiv dəstək ala biləcəyini düşünmürəm. Sabiq prezident hesab edirdi ki, erkən seçkilərdə Paşinyanı uda biləcək. Amma bu proqnozu yanlış çıxdı, Paşinyana böyük hesabla uduzdu. Bundan sonra “Hayastan”ın parlamentdəki fraksiya rəhbəri Seyran Ohanyanın bir neçə dəfə təxribata əl atsa da, bu da baş tutmadı. “Hayastan”ın bütün təxribatların qarşısı Paşinyanın komandası tərəfindən alındı. Bir sözlə, Köçəryanın parlamentə daşımaq istədiyi mübarizə rüşeymində boğuldu.

Sakitləşmək bilməyən Robert Köçəryan yenidən meydana qayıtmağa çalışır. O, bu dəfə Paşinyanın Ermənistanı sülhə aparmasına və iqtisadi blokadadan çıxarmaq səylərinə etiraz edir. Açıq desək, Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq fəaliyyətinin qarşısını almağa çalışır. Amma hesab edirəm ki, Köçəryan bu kimi addımlarına nə arxalandığı Rusiyadan, nə də daxildəki qüvvələrdən dəstək ala biləcək. “Qarabağ klanı” artıq bitib. Buna görə də, Köçəryanın daşnaklarla başlamaq istədiyi yeni mübarizəsi də bəri başdan uğursuzluqla nəticələnəcək”.

Regionda yeni geosiyasi reallıqların yarandığını söyləyən Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanda istənilən hakimiyyət bununla hesablaşmaq məcburiyyətindədir:

“Köçəryan isə bununla barışmaq istəmir, bununla da özünü siyasi girdaba yuvarlayır. Çünki o, bölgədəki güclərdən çox kiçikdir. Yəni Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaların yerinə yetirilməsi İrəvan üçün məcburidir. Əks təqdirdə, atacağı addımlar ona baha başa gələcək. Digər yandan, Azərbaycanın yaratdığı yeni siyasi nizam Ermənistan üçün də yeni və əlverişli şərait yaradır. İrəvan bundan yararlanmaq istəməsə, Azərbaycan alternativ yolla bunu özü təmin edəcək”.

Köçəryanın təxribatı baş tutmadı: “Paşinyan məcburdur ki, Azərbaycanla...”