İğdırdan Ankaraya gedən avtobus aşdı - İki azərbaycanlı öldü

İğdırdan Ankaraya gedən avtobus aşdı

İğdırdan Ankaraya gedən avtobus aşdı - İki azərbaycanlı öldü

Türkiyədə baş verən avtobus qəzasında iki azərbaycanlı həlak olub.

Polemika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Qars-Ərzurum yolunda qeydə alınıb.

Belə ki, Iğdır-Ankara marşrutu ilə hərəkət edən avtobus Qars-Ərzurum yolunun Sarıqamış rayonu ərazisində qar yağması səbəbiylə aşıb.

Qəza nəticəsində avtobusda olan iki azərbaycanlı - 19 yaşlı Qəmər Niyazova və 60 yaşlı Fazilə İsmayılova və o cümlədən Türkiyə vətəndaşları Emre Özşimşek və Kadir Kurt həlak olub, 25 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

İğdırdan Ankaraya gedən avtobus aşdı - İki azərbaycanlı öldü