İdmançımız Pekin-2022-də növbəti mərhələyə yüksəldi

İdmançımız Pekin-2022-də növbəti mərhələyə yüksəldi

İdmançımız Pekin-2022-də növbəti mərhələyə yüksəldi

Pekin-2022 Qış Olimpiya Oyunları davam edir. 

Polemika.az xəbər verir ki, Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev bu gün mübarizəyə başlayıb. 21 yaşlı idmançı qısa proqramda 84,15 xala layiq görülüb.

Hazırda 5-ci yerdə gedən Litvintsev 30 konkisürənin qatıldığı yarışda "24-lüy"ə düşməyi vaxtından əvvəl təmin edib və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.

Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.

Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

İdmançımız Pekin-2022-də növbəti mərhələyə yüksəldi