İcra başçısı şəhidin doğum günündə ailəsini ziyarət etdi - Fotolar

İcra başçısı şəhidin doğum günündə ailəsini ziyarət etdi

İcra başçısı şəhidin doğum günündə ailəsini ziyarət etdi - Fotolar

Şəhid Qasımzadə Tahir Sərdar oğlu doğum günündə anılıb.

Polemika.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri şəhidin ailə üzvlərini ziyarət ediblər. Açılmış ehsan süfrəsində şəhidin ruhuna dualar oxunub və onun əziz xatirəsi ehtiramla yad olunub.

Murov zirvəzisinin işğaldan azad edilməsində böyük şücaət göstərən və qəhrəmancasına Şəhid olan Tahir Qasımzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə  “Döyüşdə fərqlənməyə görə”, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 

İcra başçısı şəhidin doğum günündə ailəsini ziyarət etdi - Fotolar