Hər gün 10 min addım – Arıqlama sirləri

Hər gün 10 min addım – Arıqlama sirləri

Hər gün 10 min addım – Arıqlama sirləri

Azərbaycanda artıq çəki problemi sürətli şəkildə artır. İnsanlar gündəlik həyatında vaxt qazanmaq üçün “fast-fud” yeməkləri ilə qidalanaraq sağlamlıqlarını təhlükəyə atırlar. Xüsusilə pandemiya dönəmində artıq çəki problemi insanları COVİD-dən sonra narahat edən ikinci ən böyük problemlərdən biri olub.

Polemika.az-a danışan dietoloq Nərgiz Nəzirova bildirib ki, Azərbaycanda çəki problemləri həmişə olub, çünki çox dadlı və kalorili milli yeməklərimizi yeyib kökəlməmək çətindir.

“Amma son zamanlar artıq çəki problemi daha da artib, Covid-19 pandemiyasi dövründə bu hal özünü daha çox göstərməyə başladı.  Əlbəttə, aşkar səbəblərə görə əksər insanlar qapalı məkanlarda qalmağa məcbur qalırlar və buna görə də hərəkətsizliyin nəticəsi olaraq artıq çəki ilə üzləşirlər. Amma mən əsas səbəbi insan tənbəlliyində görürəm”.

N.Nəzirova düzgün qidalanmağı sirlərini açdı:

“Düzgün qidalanma nə deməkdir? Gün ərzində 4-5 dəfə kiçik porsiyali qida qəbulu, çox miqdarda su içmək və ən əsası hərəkətdə qalmaq mütləqdir.  Dünya Səhiyyə Təşkilatı qeyd edir ki, hər bir böhran yeni dəyişikliklər üçün imkan yarada bilər. Yəni konkret bu halda  çəkinin artıb-artmaması insanın özündən asılıdır və qapanma olsa da, insan qida rasionuna fikir verməli və çox hərəkətdə etməlidir. Asta addımlarla hər gün 10 min addım atmalıdır.

Hazırda uşaqlar arasında da artıq çəki problemi yaranır. Gələcək nəsil əvvəldən düzgün qidalanma normalarına əməl etməlidir, bu da təbii ki, valideynin əlində olan bir şeydir”.

Ayzel

Hər gün 10 min addım – Arıqlama sirləri