Hökməli sakinləri narazıdır: Nə yol var, nə su, nə də kanalizasiya...

Hökməli sakinləri narazıdır: Nə yol var, nə su, nə də kanalizasiya...

Hökməli sakinləri narazıdır: Nə yol var, nə su, nə də kanalizasiya...

Bakı şəhəri Hökməli qəsəbəsində yaşayan sakinlər bir sıra sosial problemlərdən əziyyət çəkirlər.

Bu barədə Polemika.az-a müraciət edən sakinlər yaşadıqları Atyalı yaşayış massivində illərdir su və kanalizasiya xəttinin olmamasından şikayət ediblər:

“Biz Hökməli bələdiyəsi Atyalı yeni yaşayış massivinin bir qrup sakini iki ildir fasilələrlə Abşeron Su Kanalizasiya İdarəsinə müraciət edirik, amma müraciətimiz qulaqardına vurulur. Biz yaşayan qəsəbədə su və kanalizasiya xətti yoxdur. Qonşularla qərara aldıq ki, bir yerə toplanıb öz hesabımıza su və kanalizasiya xətti çəkək. Buna da imkan vermirlər. Bəzi qonşular su xətti çəkiblər. Necə çəkiblər? Abşeron Su kanalizasiya idarəsinin sayğac pulu dedikləri 200-250 manat ( Hər ailə) verdikdən sonra çəkə biliblər. Bizim isə buna gücümüz çatmır. Digər bütün xərcləri biz çəkəcəyik. Buna görə qəsdən süründürməçiliyə salıblar”.

Sakinlər qəsəbədə asfalt örtüyünün olmadığını da qeyd ediblər. Onlar ölkə prezidentinə müraciət edərək, problemlərin həlli üçün müvafiq qurumlara göstəriş verməyi xahiş ediblər. 

Hökməli sakinləri narazıdır: Nə yol var, nə su, nə də kanalizasiya...