"Hamı uşaqları şillə-təpik altına salsın" - Vəkildən etiraz

"Hamı uşaqları şillə-təpik altına salsın" - Vəkildən etiraz

"Hamı uşaqları şillə-təpik altına salsın" - Vəkildən etiraz

Bakıda məktəb direktorunun şagirdləri döyməsini əks etdirən video böyük səs-küyə səbəb olub. 9 saylı tam orta məktəbdə çəkildiyi deyilən görüntülərdə məktəbin direktoru Zinyət Əhmədovanın iki şagirdə foyedə şillə vurması xeyli müzakirə edilib.

Polemika.az xəbər verir ki, mövzu ilə bağlı danışan vəkil Elvin Səlimov müəllimlərin yeni nəsil şagirdlərin psixologiyasından xəbərdar olmadığını qeyd edib:

“Problem şillə ilə məhdudlaşmır. Problem çox dərdə şagird-valideyn və müəllim münasibətləri deqradasiyaya uğrayıb. Müəllimlər yeni nəslin psixologiyasından bixəbərdirlər. İlk növbədə, müəllimləri güclü kurslara cəlb etmək lazımdır, sonra uşaqlardan nəsə gözləmək olar. Şillə ilə müəllim hörmətə minirsə, o zaman hamı uşaqları şillə-təpik altına salsın.

Hörmət və münasibətlər qarşılıqlı hörmət və ehtiramla əldə edilir, şillə-təpiklə alınan iş deyil. Qəribə burasıdır ki, hamı uşaqdan yüksək mədəniyyət və ehtiram gözləyir, amma publik qaydada gəncin şillələnməsi hər hansı təlim tərbiyə və mədəniyyətə sığmır”.

Vəkil müəllimin bu hərəkətinə heç bir halda haqq qazandırmadığını deyib:

“Mən tərbiyəsizlik edən şagirdin tərəfini saxlamıram, amma zor tətbiq edən valideyn və müəllimlərə də haqq qazandıra bilmərəm.

Məktəblərdə peşəkarlıq artırılmalıdır. Müəllimlər real olaraq psixoloji təlimlərə cəlb edilməlidir. Yeni nəsillə işləmək qabiliyyətləri yüksəldilməlidir. Məktəblərdə təhsilin bərbad vəziyyətdə olması aşkardır. Heç olmasa, uşaqları anlamaq və onları düzgün şəkildə idarə etmək qabiliyyətləri inkişaf etdirilsin”.  

"Hamı uşaqları şillə-təpik altına salsın" - Vəkildən etiraz