Hadrutda Komando Briqadasının yaradılması  nəyə xidmət edir? 

Hadrutda Komando Briqadasının yaradılması  nəyə xidmət edir? 

Hadrutda Komando Briqadasının yaradılması  nəyə xidmət edir? 

“Son illər respublikamızın bir çox yerlərində yeni hərbi hissələrin, hərbi şəhərciklərin yaradılması ölkəmizin müdafiəsinin daha da gücləndirilməsi baxımından yüksək qiymətə layiqdir. İşğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələrin yara­dılması xüsusilə qeyd edilməlidir. Onların böyük əksəriyyəti yeni inşa edilmiş, bir hissəsi isə əsaslı təmir olunan hərbi hissələrdir. Bununla yanaşı, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil –məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılan zəruri məsələlərdəndir. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, bu sahəyə xüsusi diqqət yetirilməsi vacibdir. Çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq və məşq üçün yaxşı şəraitləri olsun”.

Bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. O, bildirib ki, ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur. “Təsadüfi deyil ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bütün standartlara cavab verir. Prezident, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə düşməndən azad edilmiş Xocavənd rayo­nunun Hadrut qəsəbəsində bugünlərdə belə hərbi hissələrdən birinin açılışı oldu. Strateji əhəmiyyətə malik olan bu bölgədə yeni hərbi hissənin açılması ordumu­zun daha da gücləndirilməsi baxımın­dan xüsusi əhəmiyyət kəsb edir. Vətən müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu prosesinin daha geniş vüsət aldığı, Silahlı Qüvvələrimizin ən müasir silahlarla, texnikalarla təchizi bir daha öz təsdiqini tapdı”.

Ç.Qənizadə bildirib ki, yeni hərbi hissənin açılışında iştirak edən dövlət başçısı İlham Əliyev Hadrutda hərbi hissənin yaradılmasını yüksək qiymətləndirdi. Dedi ki, bu hərbi hissənin açılması və burada yeni hərbi birləşmənin – Komando Briqadasının yaradılma­sı bizim üçün yenilik olmaqla yanaşı, həm də hərbi gücümüzün artırılmasının göstəricisidir. Bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Bu­rada Komando Briqadasının yaradılması ölkəmizin ordu quruculuğunda mühüm yenilikdir”.

 

Hadrutda Komando Briqadasının yaradılması  nəyə xidmət edir?