Bayramı keçirmək üçün nə qədər pul lazımdır?

Bayramı keçirmək üçün nə qədər pul lazımdır?

Bayramı keçirmək üçün nə qədər pul lazımdır?

Sabah Yeni il bayramıdır. Artıq bir neçə gündür ki, ölkədə bayrama hazırlıq görülür. Marketlərdə, bazar və dükanlarda müşayiət olunan qiymət artımı insanları ciddi şəkildə narahat edir. 

Maraqlıdır, 4-5 nəfərlik ailənin bayram bazarlığı təxminən neçiyə başa gəlir?

Orta statistik azərbaycanlı əvvəlki illərdəki kimi bu il də bayramı ürəkləri istədikləri tərzdə qeyd edə biləcəkmi?

İqtisadçı-ekspert Elmir Səfərli Polemika.az-a açıqlamasında deyib ki, hər il bayramqabağı qiymət artımları müşahidə olunmaqdadır:

“Təəssüf ki, hər bayramqabağı Azərbaycanda ərzaq qiymətlərinin artımı müşahidə olunmaqdadır. Bu il artan inflyasiyanı da nəzərə alsaq, ərzaq qiymətlərində keçən il ilə müqayisədə 15-20% artım nəzərə çarpmaqdadır. Bunun müəyyən səbəbləri var”.

Ekspertin sözlərinə görə, baş verən qlobal artım Azərbaycana daha çox təsir etdi:

“İlkin olaraq qeyd edə bilərəm ki, onsuz da dünya səviyyəsində ərzaq qiymət indeksində yüksəlmələr mövcuddur. Hətta BMT-nin Qida Təhlükəsizliyi ilə bağlı hesabatlarında da ərzaq qiymətlərinin qlobal olaraq artımı ilə bağlı xüsusi müddəalar var. Təbii ki, Azərbaycan idxala bağlı ölkə olduğu üçün, baş verən qlobal artım bizə daha çox təsir edir. İkinci səbəb, daxildə istehsal olunan məhsulların maya dəyərində baş verən artımlardır. Belə ki, il ərzində yanacağın, enerjinin qiymətlərin artırılması, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına birbaşa təsir etdi”.

E.Səfərli qeyd edib ki, ötən il ilə müqayisədə bayram xərci 20% artıb:

“Ümumi olaraq inflyasiyanı da nəzərə alsaq, bu il üçün ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinin artırılması nəzərəçarpacaq dərəcədə olub. Ortalama olaraq hesablasaq, 4 nəfərlik ailə üçün bayram süfrəsinin açılması təxmini olaraq 170-180 manata başa gələcək. Bu isə adambaşına düşən bayram xərcinin 40-45 manat arası dəyişdiyini göstərir. Bu keçən il ilə müqayisədə bayram xərcinin 20% artması deməkdir”.

Nəzrin Vahid

Bayramı keçirmək üçün nə qədər pul lazımdır?