Gəlini Mətanəti yenə biabır etdi: "Uşaqları ac saxlayır"

Gəlini Mətanəti yenə biabır etdi:

Gəlini Mətanəti yenə biabır etdi: "Uşaqları ac saxlayır"

Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana arasındakı qalmaqal səngimək bilmir.

Polemika.az xəbər verir ki, sosial şəbəkə hesabında bu dəfə qızının görüntülərini paylaşan Canana Mətanət İsgəndərlinin uşaqlara baxmadığını bildirib:

“Balamın belə bir qadının təsiri altında böyüdüyü üçün göz yaşlarımı saxlaya bilmirəm. Saxtakar, qəddar, əzrailqəlbli qadını Allaha tapşırmışam. Nişanlı vaxtımda üzüyü qaytardığım üçün mənə nalayiq sözlər deyən və şantaj edən qadın. Oğlumdan efirdə istifadə edib təhqir obyektinə çevirdilər. Tuncayı hər kəs qınayır ki, anasını vara satan övlad. Bu mənə ölümdən də pis acı verir" .

O, sənətçinin nəvələrini ac saxladığını iddia edib:

"Bütün günümü övladlarıma həsr edən anayam, onların gələcəyini və sağlamlıqlarını düşünmüşəm. Deyir, biz Moskvada olanda uşaqlar hava üzü görməyib, ac qalıblar. O qədər yalanlar danışır...  Bütün günü bağda, hovuzda istirahət ediblər". 

Gəlini Mətanəti yenə biabır etdi: "Uşaqları ac saxlayır"