Gürcüstanın iqtisadiyyat naziri sabah Azərbaycana səfər edəcək

Gürcüstanın iqtisadiyyat naziri sabah Azərbaycana səfər edəcək

Gürcüstanın iqtisadiyyat naziri sabah Azərbaycana səfər edəcək

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava dekabrın 13-də Azərbaycana səfər edəcək.

Polemika.az xəbər verir ki, səfərdə məqsəd Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan biznes forumunda iştirak etməkdir.

İki gün davam edəcək forumda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu, regional iqtisadi layihələrin perspektivləri və s. məsələlər diqqət mərkəzində olacaq.

Gürcü nazirin Bakıda bir neçə görüşləri də nəzərdə tutulub./Azərtac

Gürcüstanın iqtisadiyyat naziri sabah Azərbaycana səfər edəcək