Rusiyalı ekspert Laçında da sərhəd və gömrük məntəqəsinin açılacağını istisna etmədi...

Rusiyalı ekspert Laçında da sərhəd və gömrük məntəqəsinin açılacağını istisna etmədi...

Rusiyalı ekspert Laçında da sərhəd və gömrük məntəqəsinin açılacağını istisna etmədi...

“Qarabağda müharibə başa çatdıqdan bir il sonra vəziyyət kəskin şəkildə dəyişdi və dəyişməkdə davam edir”. 

Polemika.az xəbər verir ki, bunu noyabrın 11-də Ermənistanın NEWS.am nəşrinin müxbirinə müsahibəsində rusiyalı politoloq Andrey Areşev  söyləyib.

“Bu, əsasən Ermənistanın məğlubiyyəti nəticəsində xarici siyasət subyektivliyini itirməsi ilə bağlıdır. İkinci amil Türkiyənin bölgədəki təsirinin kəskin artmasıdır. Üçüncü amil ortamüddətli perspektivdə yeni status-kvonu dəstəkləyən Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələridir.  Uzunmüddətli perspektivə gəlincə, Ermənistan rəhbərliyinin Qarabağın taleyindən uzaq olduğunu nəzərə alsaq, Qarabağda nələrin baş verəcəyi və Moskva ilə Bakı arasında hansı razılaşmaların əldə olunacağı məlum deyil” – deyə politoloq bildirib. 

Andrey Areşev Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunub.

“Ermənistanın hazırkı hökuməti “Zəngəzur dəhlizi” adlanan bununla bağlı dəqiq mövqe bildirmir, əksinə, birbaşa əks təkliflərlə razılaşaraq cavab verir...

Bununla belə, Bakının ciddi bir “kozırı” var, şübhəsiz ki, bundan istifadə edəcək. Söhbət Sünik vasitəsilə nəqliyyatın açılması məsələsinin uzanacağı təqdirdə Bakının Laçında özünün sərhəd və gömrük nəzarətini təşkil etmək niyyətindən gedir.  Burada mürəkkəb danışıqlar prosesi gözlənilir.  Bütün bunlar isə Ermənistan rəhbərliyinin səmərəsizliyi şəraitindədir”, - deyə Areşev yekunlaşdırıb./Moderator.az

Rusiyalı ekspert Laçında da sərhəd və gömrük məntəqəsinin açılacağını istisna etmədi...