İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” adı təklifinə REAKSİYA

İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” adı təklifinə

İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” adı təklifinə REAKSİYA

"Mənim uzun müddətdir qəlbimdə gəzdirdiyim bir fikrim var, onu çatdıracağam. Mən bütün qədirbilən xalqımızdan xahiş edirəm, mənim fikrimi təsdiq etsin, alqışlasın. Bizim qanunverici orqanımız olan Milli Məclisdən xahiş edirəm ki, Müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin".

Polemika.az xəbər verir ki, bunu Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov Qubadlıda Prezident İlham Əliyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.

Prezident İlham Əliyev isə Milli Qəhrəmanın atasına belə cavab verib:

"Mən veto qoyacağam ona, mənim belə hüququm var. Çox sağ olun, təşəkkür edirəm, sağ olun. Bu səmimi sözlərə görə minnətdaram. Ancaq mənim üçün ən böyük mükafat bax, sizin burada olmağınızdır, keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur. Budur mənim üçün ən böyük mükafat".

İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” adı təklifinə REAKSİYA