Gürcüstandan 2 rəsmi təbrik gəldi

Gürcüstandan 2 rəsmi təbrik gəldi

Gürcüstandan 2 rəsmi təbrik gəldi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib. 

Polemika.az xəbər verir ki, bu məlumatı Gürcüstan Hökuməti Administrasiyası yayıb.

"Gürcüstan dövlətinin başçısı cənab İrakli Qaribaşvili, Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidentinə və ailəsinə, həmçinin, dost Azərbaycan xalqına möhkəm cansağlığı və uğurlar arzulayıb", - deyə Hökumət Administrasiyasının məlumatında deyilir.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, Gürcüstan Prezidenti Salome Zurabişvili də İlham Əliyevi təbrik edib.

 

Gürcüstandan 2 rəsmi təbrik gəldi