Gürcüstanda koronavirus MƏNZƏRƏSİ: 24 nəfər öldü

Gürcüstanda koronavirus MƏNZƏRƏSİ:

Gürcüstanda koronavirus MƏNZƏRƏSİ: 24 nəfər öldü

Gürcüstanda koronavirusa yoluxma sayında ötən günlə müqayisədə bu gün azalma müşahidə olunub.

Polemika.az gürcü mediasına istinadən xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 823 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 1 445 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 1 635 509 nəfərə çatıb. Onlardan 1 585 885 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 24 nəfərin ölməsi ilə bərabər, ümumilikdə 16 554 nəfər həyatını itirib.

Hazırda ölkə üzrə stasionar nəzarətdə 1 443 nəfər saxlanılır. Son 24 saat ərzində peyvənd olunanların sayı 603 nəfər, ümumi ölkə üzrə peyvənd olunanların sayı isə 2 832 994 nəfərdir.

Xatırladaq ki, ötən gün ölkə üzrə 1 543 yoluxma halı qeydə alınmışdı.

Gürcüstanda koronavirus MƏNZƏRƏSİ: 24 nəfər öldü