Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürüldü

Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürüldü

Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürüldü

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.

Polemika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı rayonun Potu kənd sakini Rövşən Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Onun barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürüldü