Goranboyda oğurluq etdi, Hacıqabulda yaxalandı

Goranboyda oğurluq etdi, Hacıqabulda yaxalandı

Goranboyda oğurluq etdi, Hacıqabulda yaxalandı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları oğurluq etməkdə şübhəli bilinərək axtarışda olan Hüseyn Hüseynzadə saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, saxlanılan zaman həmin şəxsdən psixotrop maddə olan metamfetamin də aşkar edilərək götürülüb.

Bundan əlavə, H.Hüseynzadənin Goranboy rayonu ərazisində bir nəfər şəxsdən danışmaq adı ilə mobil telefonunu alaraq qaçdığı və zərərçəkmişə 450 manat maddi ziyan vurduğu da müəyyən edilib.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Goranboyda oğurluq etdi, Hacıqabulda yaxalandı