“Gelandewagen”dən kasıbları söyən xuliqan: Onun cəzası nə olmalıdır?

“Gelandewagen”dən kasıbları söyən xuliqan:

“Gelandewagen”dən kasıbları söyən xuliqan: Onun cəzası nə olmalıdır?

Yoxsulları təhqir edən “Gelandewagen” sürücüsü hələ də sosial şəbəkə gündəminin ana mövzusudur.

Təhqiramiz videodan sonra polis idarəsinə çağırılan və profilaktiki söhbətdən sonra üzr istəyən 37 yaşlı Samid Bağırov artıq sərbəst buraxılıb. 

Cəmiyyətin bir qismi bununla kifayətlənib və polisi təqdir edib. Amma əməlindən peşman olduğunu açıqlayan şəxsin polisə çağırılmasını qanunazidd sayanlar da az deyil. Onların fikrincə, Samid Bağırov sadəcə ictimai qınaqla üzləşməli idi.

Ümumiyyətlə, bu tip əməllərdə cinayət tərkibi daşıyırmı? Konkret şikayətçi olmadığı halada polisin sosial şəbəkə xuliqanlarını saxlanması düzgündürmü?

Mövzu ilə bağlı Polemika.az-a danışan vəkil Rəşad Əliyev şəxsin polis idarəsinə çağrılmasının profilaktik tədbir olduğunu və gələcəkdə bu tip halların qarşısının alınması məqsədi daşıdığını qeyd edib:

“Bu, çox güman ki, sosial şəbəkələrdən daxil olan şikayətlərə əsasən olub. Çünki video sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi narazılığa səbəb olub. Qanunvericiliyin tələbinə görə, şəxs kimisə təhqir edirsə, xüsusi ittiham, yaxud adi qaydada məhkəməyə müraciət edilir. Lakin konkret bu məsələdə DİN şəbəkə istifadəçilərinin narazılığını nəzərə alıb. Onun bu əməli xuliqanlıq da hesab oluna bilər, çünki görüntüdə xuliqanlıq əlamətləri var:

Samid Bağırov özünü digərlərindən üstün sayır, cəmiyyətə aşkar hörmətsizlik edərək eqoizm nümayiş etdirir, qəbul edilmiş qaydalara zidd danışıq sərgiləyir. Bu da sosial şəbəkə vasitəsilə yayılıb. DİN-in xəbərdarlığı, yəqin ki, onu bu əməldən çəkindirmək məqsədi danışıyıb. Gələcəkdə belə hallara yol verərsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilər. Adətən, şəxsə bununla bağlı məlumat verilir, xəbərdarlıq edilir”.

Əsmətxanım Rzazadə

“Gelandewagen”dən kasıbları söyən xuliqan: Onun cəzası nə olmalıdır?