Fəaliyyətini dayandıran şirkətlərin Rusiyada nə qədər işçisi var? - Siyahı

Fəaliyyətini dayandıran şirkətlərin Rusiyada nə qədər işçisi var? - Siyahı

Fəaliyyətini dayandıran şirkətlərin Rusiyada nə qədər işçisi var? - Siyahı

Rusiyanı qismən və ya tamamilə tərk edən şirkətlər ölkədə 200 mindən çox insanı işlə təmin edir.

Polemika.az "Forbes"a istinadla xəbər verir ki, "McDonald's" ən böyük işəgötürənidir. Rusiyadakı "fast food" restoranlar şəbəkəsində 62 min insan çalışır.

"Pepsico" işçilərinin sayına görə ikinci ən böyük şirkətdir. Alkoqolsuz içki istehsalı şirkətində ümumən 19 minə yaxın insan çalışır.

IKEA 14 "Mega" ticarət mərkəzi istisna olmaqla, bütün Rusiya mağazalarını 3 ay müddətinə bağlayıb. Şirkətdə 15 min işçi çalışır.

"KFC" və "Pizza Hut" brendlərinin sahibi olan "Yum! Brands"ın Rusiya müəssisələrində 14,5 mindən çox işçisi var.

"Zara", "Pull & Bear", "Massimo Dutti", "Bershka", "Stradivarius", "Oysho" və digər brendlərə sahib olan İspaniyanın "Inditex" şirkətinin qərarı ilə Rusiyanın daha 502 mağazası fəaliyyətini dayandırıb. "Inditex" 9 minə yaxın işçisinə maliyyə dəstəyi verməyə davam edir.

Fəaliyyətini dayandıran avtomobil istehsalçıları arasında ən böyük işəgötürən, demək olar ki, 5,8 min nəfərin çalışdığı "Volkswagen" konsernidir.

Həmçinin, 6 mindən çox insanın işlədiyi "EPAM Systems" fəaliyyətini dayandırıb.

Fəaliyyətini dayandıran şirkətlərin Rusiyada nə qədər işçisi var? - Siyahı