Füzulidə ev yandı

Füzulidə ev yandı

Füzulidə ev yandı

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 7 otaq və eyvandan ibarət evdə yanğın olub. 

Fövqəladə Hallar Nazirliyindən Polemika.az-a verilən məlumata görə, evin 3 otağının yanar konstruksiyaları, ev əşyaları 50 m² sahədə və dam örtüyünün taxta atmaları 85 m² sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 7 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Füzulidə ev yandı