Flora Kərimova: "Övladımı ağlaya-ağlaya qoyub evdən çıxdım"
Flora Kərimova: "Övladımı ağlaya-ağlaya qoyub evdən çıxdım"
Xalq artisti Flora Kərimova 20 Yanvar hadisələri ilə bağlı danışıb.
Polemika.az xəbər verir ki, Baku.TV-yə danışan 80 yaşlı sənətçi həmin günü belə xatırlayıb:
"20 Yanvar günü övladımı ağlaya-ağlaya qoyub evdən çıxdım. Dözə bilmirdim. Arxamca müxtəlif sənət sahibi olan qadınlar gəlirdi. Bizi küçələrə çıxaran vətənə sevgi idi. Ölümümü gözümün qabağına gətirə-gətirə gedirdim. Artıq elə bir an gəldi ki, ölüm də məni qorxutmadı…”
Həmin görüntüləri təqdim edirik: