Firəngiz Mütəllimovanın Şuşadakı evi - Video

Firəngiz Mütəllimovanın Şuşadakı evi

Firəngiz Mütəllimovanın Şuşadakı evi - Video

Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə Şuşadakı evlərinin görüntüsünü paylaşıb.

Polemika.az xəbər verir ki, aktrisa ermənilər tərəfindən dağıdılan evin videosuna bunları yazıb:

“Şükür bu günə. Maşallah Şuşama, torpağına, dağılmış evimizə, ağacları yox olan həyət-bacamıza, yağan qarına. Evlər tikiləcək, yenidən torpaqlarımıza qayıdacağıq, inşallah. Hər fəslini doya-doya yaşayacağıq. Müqəddəs Şuşam, sən artıq azadsan. Həsrətində olan hər kəsin bu torpağa ayaq basmasını arzulayıram. Təki salamatlıq olsun. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm. Şanlı tarixi bizə canlı yaşatdığınız üçün Ali Baş Komandanımıza, əsgərlərimizə və şanlı ordumuza var olun deyirəm. Yaşasın müstəqil Azərbaycan”.

Qeyd edək ki, sözügedən videonu Xalq artistinin aktrisa bacısı Nərgiz Mütəllimovanın sinif yoldaşı lentə alıb./Axşam.az

Firəngiz Mütəllimovanın Şuşadakı evi - Video