Fazil Məmmədovun prezidenti olduğu federasiya ləğv edildi - RƏSMİ

Fazil Məmmədovun prezidenti olduğu federasiya ləğv edildi - RƏSMİ

Fazil Məmmədovun prezidenti olduğu federasiya ləğv edildi - RƏSMİ

Gənclər və İdman Nazirliyi Azərbaycanda üç federasiyanın statusunu ləğv edib.

Nazirlikdən Polemika.az-a verilən məlumata görə, bununla bağlı qərar qurumun kollegiya iclasında qəbul olunub.

Qərara əsasən, Azərbaycan Peyntbol Federasiyası, Otüstü Hokkey Federasiyası və Azərbaycan Turan Do Federasiyası fəaliyyət göstərmədikləri üçün akreditasiyadan keçirilmələri mümkünsüz hesab edilib.

İclasda ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı ilə bağlı müzakirə aparılıb.

Kollegiyanın qərarı ilə Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Atıcılıq Federasiyası, Azərbaycan Stolüstü Tennis Federasiyası, Azərbaycan Triatlon Federasiyası akreditasiyadan keçiblər.

Tədbirdə nazirliyin 2022-ci ilin mart ayı üçün perspektiv iş planı da təsdiqlənib.

Ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə, eləcə də müvafiq idman növlərində tələb normalarını yerinə yetirdikləri nəzərə alınaraq bir qrup mütəxəssisə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” və “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” fəxri adları verilməsi qərara alınıb.

Sonda nazir Fərid Qayıbov Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin qərarına əsasən, qurumun Fəxri Fərmanı ilə təltif edilmiş, nazirliyin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyovaya həmin mükafatı təqdim edib.

Qeyd edək ki, Azərbaycan Peyntbol Federasiyasının prezidenti millət vəkili Əli Hüseynli, Otüstü Hokkey Federasiyasının prezidenti sabiq vergilər naziri Fazil Məmmədov, Turan Do Federasiyasının prezidenti isə Süleyman Məmmədli idi.

Fazil Məmmədovun prezidenti olduğu federasiya ləğv edildi - RƏSMİ