Faciəli şəkildə ölən gənc NİDA üzvü olub

Faciəli şəkildə ölən gənc NİDA üzvü olub

Faciəli şəkildə ölən gənc NİDA üzvü olub

Dekabrın 16-sı saat 11 radələrində paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən “İndigo” MMC-yə  məxsus mətbəədə operator vəzifəsində işləyən 1993-cü il təvəllüdlü Xəyyam Təhməzov iş yerində faciəli şəkildə həlak olub.

Polemika.az xəbər verir ki, sosial şəbəkələrdə "Xəyyam Yaşıl" kimi tanınan 28 yaşlı Xəyyam Təhməzov çalışdığı nəşriyyatda çap maşınının arasında qalaraq ölüb.

Qeyd edək ki, X.Təhməzov Vətəndaş Həmrəyliyi Partiyasının Cəbrayıl rayon təşkilatının və Nida Vətəndaş Hərəkatının fəal üzvlərindən olub.

Faciəli şəkildə ölən gənc NİDA üzvü olub