Ermənistanın yeni prezidenti and içib vəzifəsinin icrasına başladı

Ermənistanın yeni prezidenti and içib vəzifəsinin icrasına başladı

Ermənistanın yeni prezidenti and içib vəzifəsinin icrasına başladı

Bu gün Ermənistan Milli Assambleyasının növbədənkənar iclası keçirilib.

Polemika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, iclasın əsas səbəbi ölkənin yeni prezidentinin andiçmə mərasimi olub. Beləliklə, ölkənin beşinci prezidenti seçilən Vaaqn Xaçatryan and içərək vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, yanvarın 23-də Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan istefa vermişdi.

Yeni prezident Vahan Xaçatryan 22 aprel 1959-cu ildə Sisiyan şəhərində anadan olub. 1980-ci ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.

1982-1989-cu illərdə "Razdanmaş" İstehsalat Birliyində işləyib, 1989-1992-ci illərdə "Mars" dövlət müəssisəsinin baş direktorunun müavini postunda çalışıb.

1990-1996 –cı illərdə İrəvan Şəhər Şurasının üzvü olub. 1995-1999 –cu illərdə Ermənistan parlamentinin deputatı olub. 1996-1998-ci illərdə Ermənistan prezidentinin müşaviri postunu tutub.

2000-ci ildə “Armat” Demokratiyanın və Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Mərkəzinin təsisçi üzvü, 2002-ci ildə Siyasi Elmlər, Hüquq və İqtisadi Araşdırmalar Mərkəzinin vitse-prezidenti olub.

2019-2021 –də “Armeconombank” ASC-nin İdarə Heyətinin üzvü olub.

2021-ci il avqustun 4-də Ermənistan Respublikasının yüksək texnologiyalar sənayesi naziri təyin edilib.

Ailəlidir, iki övladı var.

Ermənistanın yeni prezidenti and içib vəzifəsinin icrasına başladı