Ermənistanın müdafiə naziri Azərbaycana niyə gəlmişdi? - Polkovnikdən mühüm açıqlama

Ermənistanın müdafiə naziri Azərbaycana niyə gəlmişdi?

Ermənistanın müdafiə naziri Azərbaycana niyə gəlmişdi? - Polkovnikdən mühüm açıqlama

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti Azərbaycan cəmiyyətində narazılıq yaradıb. Sühməramlıların onlara verilmiş mandatdan tez-tez kənara çıxması, ermənilərin maraqlarına uyğun fəaliyyət göstərməsi bu kontingenti Azərbaycanda “arzuolunmaz qonaq”a çevirib. Onların ölkəni tərk etməsini tələb edənlərin sayı sürətlə artmaqdadır. 

Cəmiyyət sülhməramlılardan narazı olmaqda haqlıdırmı? Rusiya sülhməramlılarının hansı hərəkəti maraqlarımıza uyğun deyil?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Polemika.az-a açıqlamasında deyib ki, Azərbaycan cəmiyyətinin Rusiya sülhməramlılarından tamam fərqli gözləntiləri vardı:

“Rusiya sühməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı çoxsaylı iradlar, narazılıqlar var. Və bu haqlı iradlar və narazılıqlardır. Ona görə ki, biz Rusiyanın sülhməramlı qüvvələrindən tam başqa bir şey gözləyirdik. Düşünürdük ki, onlar məhz öz qarşılarına qoyulan tapşırıqları Azərbaycan maraqlarına zidd olmayan şəkildə yerinə yetirəcəklər. Çünki onlar Azərbaycan ərazisində yerləşirlər.

Ümumiyyətlə, bir il ərzində gördük ki, Azərbaycanda yerləşən erməni millətindən olan ermənilər üçün heç bir təhlükə yoxdur. Ancaq orada olan və indiyənə qədər tərkisilah olunmayan separatçı silahlı qüvvələr mütəmadi olaraq atəşkəsi pozur, atəş açırlar. Buna bütün nəzarət və cavabdehlik Rusiya sülhməramlı qüvvələrdədir. Çünki o ərazilərdə baş verən hər hansı bir insident, qanun pozuntusu cinayətdir. Onlar cavab verməlidirlər”.

Polkovnikin sözlərinə görə, Qarabağda olan əlisilahlı ermənilər heç bir statusa malik deyil:

“İndiyə kimi Qarabağda mövcudluğunu qoruyan əlisilahlı ermənilər heç bir ststusa malik deyillər. Qanunsuz silah gəzdirirlər. Ermənilərin orada silahla gəzməsi, tərkisilah edilməməsi sülhməramlı qüvvələrin ən böyük nöqsanı sayıla bilər. Tərkisilah olunmayan bu qədər erməninin orada hansı məqsədlə qalması suallar doğurur. Əgər sülhməramlı qüvvələr onları tərkisilah etmirsə, onda kimin təhlükəsizliyini təmin edirlər? Suallar çoxdur, bunların hamısına cavab tapılmalıdır”.

Ş.Ramaldanov qeyd edib ki, erməni rəhbərliyi Azərbaycan ərazisinə nə qədər az gələrsə, insident də bir o qədər az olar:

“İndi Azərbaycanın müvafiq qurumları bu məsələnin üstündə çox ciddi işləyir. Bunun nəticəsini biz görürük. Azərbaycanın qələbə, zəfər çaldığı dövrdə Ermənistanın Müdafiə naziri rəsmi şəxs olaraq, həmin ərazilərə gəlib. Orada seperaçılarla görüşüb. Görüş zamanı o, Azərbaycanla dostluğa çağırışlar etməyib. Çünki Azərbaycanın maraqlarına görə ora gəlməyib. O Azərbaycan maraqlarına zidd olan tapşırıqlar vermək üçün gəlib.

Düşünürəm ki, nə qədər erməni rəhbərliyində olan vəzifəli şəxslər Azərbaycan ərazisinə az gələrsə, seperatçı rejimlə az insident olar. Bu Azərbaycan üçün xeyirli olar. Onların gəlməsinin heç bir xeyri yoxdur”.

Nəzrin Vahid 

Ermənistanın müdafiə naziri Azərbaycana niyə gəlmişdi? - Polkovnikdən mühüm açıqlama