"Ermənistanın indi atdığı addımlar Azərbaycanın xeyrinədir" - Mirmahmud Mirəlioğlu

"Ermənistanın indi atdığı addımlar Azərbaycanın xeyrinədir"

"Ermənistanın indi atdığı addımlar Azərbaycanın xeyrinədir" - Mirmahmud Mirəlioğlu

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ikinci tərəfinin məsuliyyətsizliyi ucbatından uzun müddətdir baş tutmur. Ermənistan hakimiyyətinin müxtəlif bəhanələrlə yekun sənədi imzalamaqdan imtina etməsi regionda qeyri-müəyyən situasiya yaradır. 

Ermənistan mövcud status-kvonu nə qədər davam etdirə bilər? Ümumiyyətlə, sülh sazişinin alternativi nədir? Ermənistan sülh sazişindən imtina etsə, proseslər hansı formada cərəyan edə bilər?

Mövzu ilə bağlı Yenisabah-az olan açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri, sabiq deputat Mirmahmud Mirəlioğlu bildirib ki, Ermənistanın hazırda sülh sazişindən imtina etməsi, Azərbaycanın xeyrinədir:

“Bizim mediamız da, diplomatiyamız da, siyasətimiz də, iqtidarımız da, eləcə də müxalifətimiz də, bunun fərqində olmalıdır. Torpaqlarımız işğaldan tam azad edilmədikcə hər hansısa bir sülh sazişindən danışmaq, nəinki onu imzalamaq, danışmaq belə bizim üçün ayıbdır”.

KXCP sədri əlavə edib:

“Ona görə də bizə sərf edir ki, Ermənistan elə bu cür davam etsin. Nəhayət, biz də bununla ya qeyzlənərək, ya siyasi iradə qoyaraq və yaxud nəsə bir şeylər edərək torpaqlarımızı işğaldan tam azad edək. Ondan sonra özləri qaça-qaça gələcək sülh danışıqlarına. İndiki danışıqlar, bizim tərəfimizdən atılan bu addımlar Ermənistanın xeyrinədir və Ermənistan tərəfinin indi atdığı addım, hazırki mövqeyi isə Azərbaycana çox böyük xeyir verir. Bu atılan addımlar Azərbaycanın torpaqlarını tam işğaldan tam azad edilməsinə xidmət edir”.

Rafi Müslümov 

"Ermənistanın indi atdığı addımlar Azərbaycanın xeyrinədir" - Mirmahmud Mirəlioğlu