Ermənistan prezidenti vəzifəsini hazırda kim icra edir?

Ermənistan prezidenti vəzifəsini hazırda kim icra edir?

Ermənistan prezidenti vəzifəsini hazırda kim icra edir?

Ermənistan Milli Məclisi prezidentinin istefa ərizəsini yanvarın 23-də qəbul edib.

Polemika.az "Armanian News"a istinadla xəbər verir ki, bu barədə spiker Alen Simonyanın mətbuat katibi Tsovinar Xaçatryan məlıumat yayıb.

Xatırladaq ki, ötən gün Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. O, qeyd edib ki,  uzun müddət düşünüb və 4 ilə yaxın aktiv fəaliyyətindən sonra prezident vəzifəsindən istefa vermək qərarına gəlib.

Sarkisyanın fikrincə, prezidentin indiki çətin vaxtlarda ölkənin və millətin daxili və xarici siyasətindəki fundamental proseslərə təsir etmək üçün lazımi vasitələri yoxdur.

Qeyd edək ki, Armen Sarkisyanın prezident postundan istefası ərizəsi Milli Məclisə təqdim edildiyi andan qəbul edilmiş sayılır.

Ermənistan Respublikası Konstitusiyasının 144-cü maddəsinə əsasən, prezidentin səlahiyyətlərini həyata keçirmək mümkün olmadıqda, istefaya getdikdə və ya yeni seçilmiş prezident vəzifəyə başlamazdan əvvəl vəfat etdikdə, prezident səlahiyyətlərini parlament sədri həyata keçirir. 

Bu o deməkdir ki, Ermənistanda növbədənkənar prezident seçkilərinə qədər prezidentin səlahiyyətlərini müvəqqəti olaraq Alen Simonyan həyata keçirəcək.

Ermənistan prezidenti vəzifəsini hazırda kim icra edir?