Ermənistan prezidenti Türkiyə ilə əlaqənin normallaşmasından danışdı

Ermənistan prezidenti Türkiyə ilə əlaqənin normallaşmasından danışdı

Ermənistan prezidenti Türkiyə ilə əlaqənin normallaşmasından danışdı

“Türkiyə və Ermənistan bir müddət əvvəl normallaşma prosesinə girdiklərini açıqlayarkən, iki ölkə ticarət, turizm və siyasətdə qarşılıqlı addımlar atdıqlarını vurğulayıb”.

Polemika.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan “Asia Times” qəzetinə müsahibəsində bildirib.

“Türkiyə qaçqınlarla Avropanı sanki əlində girov saxlayır. Milyonlarla miqrant Avropa Birliyinə qarşı istifadə olunur. Belə olan halda da, Aİ Türkiyəyə qaçqınlara görə milyonlarla avro ödəyir", - deyə Sarkisyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması mürəkkəb məsələdir:

“Ermənistan və Türkiyənin əlaqələrində böyük tarixi yoxdur. Osmanlı İmperiyasında olan ermənilərlə, Türkiyədəki ermənilərlə uzun tariximiz var, amma Ermənistan və Türkiyə əlaələrinin tarixi qısadır. 1920-ci ildə birinci Ermənistan Respublikası ilə Türkiyə arasında müharibə olub.

Münasibətlərin ikinci hissəsi SSRİ dağılandan sonra üçüncü Ermənistan Respublikasının elan edildiyi 1991-ci ilə aiddir. Bu gün iki ölkə arasında heç bir münasibət yoxdur.

Dəfələrlə Türkiyəyə səfər etmişəm. Universitetləri ziyarət edib, böyük konfranslara rəhbərlik etmişəm, hətta Koçda və başqa universitetlərdə belə dərs demişəm”, - deyə Sarkisyan vurğulayıb.

Türkiyə ilə Ermənistan arasında mövcud normallaşma prosesinə toxunan prezident deyib:

“İndi münasibətləri necə yaxşılaşdıra bilərik? Gəlin, Fransa və İngiltərə, Fransa və Almaniya kimi digər ölkələrin təcrübələrinə baxaq. Əsrlər boyu onlar bir-birini məhv edib, lakin sonra nəsə dəyişdi, böyük fəlakətlərdən, faciələrdən sonra hamı başa düşdü ki, bu nifrətdən çıxış yolu var. O da xoşniyyət idi.

Avropada tolerantlıq olmasaydı, indi Avropa dağınıq yer olardı. Onlar bütün bunları bir kənara qoydular və sonra bir-birlərinə qarşı dözümlülük nümayiş etdirib, bir-birlərini qəbul edərək dialoqa başladılar”.

Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı suala cavab verən Ermənistanın dövlət başçısı bildirib:

“Bir-birini sevməyən iki fərd, iki ailə, iki millət, iki dövlət arasında münasibətlərin normallaşdırılmasının heç bir faydası olmadığını deyən varmı? Əlbəttə, yox. Ancaq hər normallaşma, ən azı iki istiqamətlidir və ya iki oyunçu tələb edir. Bu cür normallaşma müəyyən komponentlərə ehtiyac duyur”

Armen Sarkisyan Türkiyə ilə danışıqlarda Azərbaycan faktoruna da toxunub:

“Qarabağ problemi tam həll olunmamış Türkiyə və Ermənistan yaxınlaşmağa başladı. Ermənistanla Azərbaycan arasında müharibə davam edərkən, Azərbaycan və Türkiyə qardaş xalq olduqlarını bəyan edərkən, Türkiyə Ermənistanla münasibətlərini necə normallaşdıra bilər, kimsə bunu sübut edə və ya mənə izah edə bilər?

Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşmadığı halda Azərbaycan niyə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına razı olsun?

Bu prosesdə dördüncü oyunçu var, o dördüncü oyunçu isə erməni millətidir. 1915-ci ildə baş verənlərdən sonra heç bir prezident bu insanların, öldürülən və ya sağ qalan nənə və babaların adından danışıqları davam etdirə bilməz.

Ona görə də Türkiyə ilə danışıqlara başlamazdan əvvəl Ermənistan dövləti ilə diaspor arasında dialoq olmalıdır”, - deyə prezident yekunlaşdırıb.

Ermənistan prezidenti Türkiyə ilə əlaqənin normallaşmasından danışdı