Ermənistan beynəlxalq təşkilatların dəstəyi ilə demokratiyadan diktaturaya keçir - Aram Vardcanyan

Ermənistan beynəlxalq təşkilatların dəstəyi ilə demokratiyadan diktaturaya keçir

Ermənistan beynəlxalq təşkilatların dəstəyi ilə demokratiyadan diktaturaya keçir - Aram Vardcanyan

“Hakim Boris Baxşiyanın işinin imzalanmasından peşəkar ictimaiyyətə aydın olub ki, onun həbsi qaçılmazdır”.

Polemika.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri Ermənitsan Milli Məclisində yer alan müxalif “Hayastan” fraksiyasının üzvü, eks deputat Aram Vardcanyan yazıb:

“Bu səlahiyyətlilərin işində bir şey həmişə aydın və proqnozlaşdırıla biləndir. Siyasi sifariş və yəni hüquq-mühafizə orqanlarının bunu aydın şəkildə icrası. Bu hakimiyyət müstəqil məhkəməyə dözmür, hamıya siqnal verirlər”, - deyə keçmiş millət vəkili qeyd edib.

Vardcanyan onu da vurğulayıb ki, Ermənistan beynəlxalq təşkilatların fəal dəstəyi ilə demokratiyadan diktaturaya keçir:

“Hakimin həbsi ən azı Avropa İttifaqı səfirliyinin, eləcə də, beynəlxalq təşkilatların səssiz dəstəyi ilə verilib. Aydındır ki, bu, qanunun mövcudluğuna misli görünməmiş çağırışdır”.

Xatırladaq ki, İrəvan şəhərinin Ümumi Yurisdiksiya Məhkəməsi hakim Davit Arqamanyanın sədrliyi ilə Sünik (Zəngəzur) vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Boris Baxşiyan barəsində həbs qətimkan tədbiri seçib.

Bundan sonra Ermənistanın müxalifət partiyaları mövcud qərarı tənqid etmiş, habelə bunun hakim “Mülki müqavilə” fraksiyasının siyasi sifarişi ilə həyata keçirildiyini bildiriblər.

 

 

Ermənistan beynəlxalq təşkilatların dəstəyi ilə demokratiyadan diktaturaya keçir - Aram Vardcanyan