"Erməniləri ömürlük həbs cəzası gözləyir" - Vəkil

"Erməniləri ömürlük həbs cəzası gözləyir" - Vəkil

"Erməniləri ömürlük həbs cəzası gözləyir" - Vəkil

Bir-neçə gün öncə Azərbaycan-Ermənistan sərhədində atışma zamanı əsgər Ayaz Nəzərov şəhid olub. Faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam edir.

İctrimai fikri düşündürən sualar var: İllərdir Ermənistanla Azərbaycan arasında davam edən münaqişədə yüzlərlə erməniyə cinayət işi açılıb. Nəyə görə bu cinayət işlərinin bir nəticəsi yoxdur? Açılan cinayət işlərinə zaman aşması şamil olunurmu?

Vəkil Kamran Tağıyev məsələ ilə bağlı Polemika.az-a açıqlamasında bu cür cinayət işlərinin heç vaxt qapadılmadığını qeyd edib:

“Müharibə cinayətlərininin istintaqı heç vaxt dayandırılmır. Çünki belə işlərdə müddəti nəzərə alınmır və cinayət törədən şəxs tutulduqda istintaq bərpa edilir.

Qeyd edilən cinayətlər xüsusilə ağır cinayətlərdir. Nə qədər ki, cinayətkarlar yaxalanmayıb, nəticəsi də olmayacaq. Üstəlik sülh və insanlıq əleyhinə olan cinayətlər üçün ömürlük həbs nəzərdə tutulur”.

Mehri QURBAN

"Erməniləri ömürlük həbs cəzası gözləyir" - Vəkil