Ermənilər yenə "qaşınır": “Azərbaycanla sülh sazişi imzalamaq yanlışdır”

Ermənilər yenə "qaşınır": “Azərbaycanla sülh sazişi imzalamaq yanlışdır”

Ermənilər yenə "qaşınır": “Azərbaycanla sülh sazişi imzalamaq yanlışdır”

“Təslimdən bir il sonra biz diplomatik cəbhədə müharibəni uduzmanın mənfi nəticələrini gördük və başa düşdük”.

Polemika.az “Past”a istinadla xəbər verir ki, bunu politoloq Yervand Bozoyan 2020-ci 9 noyabrdan sonrakı vəziyyəti şərh edərkən bildirib.

O qeyd edib: “Axı biz xalq olaraq başa düşməliyik ki, ümumiyyətlə, diplomatik cəbhədə uğur o zaman mümkündür ki, güclü iqtisadiyyat, güclü, vahid cəmiyyət, effektiv siyasi sistem və güclü müttəfiqlər şəklində dayaq olsun. Bəs bu hökumət nə etdi? Ümumiyyətlə, 3 ildə o, cəmiyyətin birliyini pozdu, cəmiyyəti “ağlar”a və “qaralar”a böldü. Strateji müttəfiqləri ilə münasibətləri korladı və ən azından davranışı ilə inamsızlıq yaratdı.

Paşinyan hakimiyyəti danışıqlar prosesinin iflasa uğraması üçün əlindən gələni etdi, Azərbaycan və Türkiyə qanuni hüquq əldə etdi”.

Bozoyanın fikrincə, bütün nəticələr Paşinyan hakimiyyətinin apardığı yanlış siyasətdən irəli gəlir:

“Digər tərəfdən, müharibədən sonra istənilən normal ölkədə dəyişiklik tələbi var, yəni hökumət uzun müddət öz vəzifəsində davam edə bilməz, çünki müharibənin məğlubiyyəti onun adına yazılıb. Təəssüf ki, 1 ildə hakimiyyət dəyişikliyinə nail olmama ən böyük çatışmazlıqdır”.

Yaxın gələcəkdə mümkün üçtərəfli görüşə və yeni sənədlərin mümkün imzalanmasına toxunan politoloq bildirib:

“Narahatlığa səbəb, ilk növbədə, hakimiyyət orqanlarına inamsızlıqdır. Əvvəla, bu hakimiyyət zəif danışıqçıdır, ikincisi, həmişə yalan danışıb. 44 günlük müharibədə bu hakimiyyət hər şeyi tam tərsinə təqdim etdi. Sonda cəmiyyət qələbə gözləyirdi, amma biabırçı məğlubiyyət oldu.

Yalan danışmaq və zəif danışıqlar prosesinə rəhbərlik hökumətə dərin inamsızlıq yaradıb, ona görə də, həmişə bu hökumətin Ermənistan və “Artsax”a dair ölümcül nəticə verəcək sənəd imzalayacağına dair pis gözlənti var. İndi onların hansı sənədi imzalayacağı, hansı prosesin getdiyi barədə danışmaq çətindir, çünki hər şey söz-söhbət səviyyəsindədir. Amma bir şey aydındır: Ermənistan və Azərbaycan, əslində, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsini irəli sürməlidir. Bu, obyektiv zərurətdir, amma digər tərəfdən, erməni tərəfi hər şeyi etməlidir ki, “Artsax” məsələsini təhlükəyə atmasın. “Artsax” məsələsi təhlükə altında olarsa, bu, ermənilərə ciddi zərbə olacaq.

Başqa sözlə, burada dilemma var. Delimitasiya və demarkasiya məsələsinə necə rəhbərlik etmək olar ki, eyni zamanda, “Artsax” məsələsini təhlükəyə atmayaq? Azərbaycanla delimitasiya və demarkasiya prosesinin getməyə heç də dəyməz olduğunu deyən dairələr olsa da, digər tərəfdən, bunu bütün oyunçular, yəni ABŞ, Rusiya və Aİ tələb edir. Onlar gələcəkdə baş verə biləcək münaqişələrin qarşısını almaq üçün sərhəd xəttinin müəyyənləşdirilməsini tələb edirlər. Bu fakt nəzərə alınmalıdır”.

Yervand Bozoyanın sözlərinə görə, hökumət əmin olmalıdır ki, həmin proses nəticəsində heç bir ziyan və itki yoxdur:

“Hakimiyyətə inam olmadığından onların bu problemi həll edə biləcəklərini, ya da nə dərəcədə effektiv həll edəcəklərini demək çətindir. Demarkasiya və delimitasiya prosesi həqiqətən də mürəkkəb işdir. Bu günə kimi Ermənistan və Gürcüstanın sərhədləri cəmi 62 faizə yaxın tənzimlənib, eyni şeyi Azərbaycan, Gürcüstan, Rusiya və Azərbaycanın sərhədləri haqqında da demək olar. Sərhədlərini 100% düzəldən ölkə yoxdur.

Hakimiyyət orqanlarının istinad etdiyi Sovet İttifaqı xəritələrini əsas götürsələr belə, Ermənistan Respublikasının sərhədlərini 100% dəqiqləşdirmək mümkün deyil. Əslində, başa düşmək lazımdır ki, bundan sonra iki ölkə arasında hansı inkişaf olacaq: müharibə, soyuq müharibə, yoxsa əməkdaşlıq? Əgər bu proses yenidən müharibə təhlükəsi yaradacaq şəkildə bitərsə, bu dəfə region ciddi təlatümlər içində ola bilər, bölgə ikinci Suriyaya, İrəvan və Bakı isə müharibə səhnəsinə çevriləcək”.

Onun sözlərinə görə, hazırda belə bir ssenarinin hazırlanması ehtimalı reallığa çevrilməkdən uzaqdır:

“Nə Ermənistan, nə Azərbaycan, nə Rusiya, nə də İran belə bir ssenari istəmir. İkinci variant isə isti münasibət qurmaq, kommunikasiyalar açmaqdır ki, buna inanmıram. Düşünürəm ki, daha ləng bir proses olacaq, orada insanlar daim demarkasiyadan, sərhədlərdən danışacaqlar, hətta bəzi yolların sınaq əsasında işə başlayacağını istisna etmirəm. Bundan sonra prosesin, Ermənistan və Azərbaycanda əhval-ruhiyyənin necə olacağını demək çətindir. Sonda ölkələr uzunmüddətli müharibəyə, yoxsa uzunmüddətli sülhə hazır olacaqlar? Bilinmir".

Politoloq hesab edir ki, Ermənistan ən azı 10, 15, 20 il qazanmalı, iqtisadi və siyasi sistemlərini modernləşdirməlidir:

"Normal, müasir ordu formalaşdırıb ciddi ölkəyə çevrildikdən sonra öz maraqlarımızı müdafiə edə biləcəyik. Məsələn, indi Artsax problemi həll olunsa, biz bunu öz ziyanımıza həll edəcəyik, çünki Azərbaycandan fərqli olaraq, Ermənistanda zəif ordu var. Oyun kartları Azərbaycanın əlindədir. Vaxta qənaət etməliyik. İstənilən addımı ata bilərik, təki strateji hədəflərimizə xələl gətirməsin. Azərbaycanla sülh sazişi imzalamaq yanlışdır, bu barədə danışmaq belə mənasızdır”.

Ermənilər yenə "qaşınır": “Azərbaycanla sülh sazişi imzalamaq yanlışdır”