Ermənilər düşmənçilikdən əl çəkmir - “Türklə barış olmaz!”

Ermənilər düşmənçilikdən əl çəkmir

Ermənilər düşmənçilikdən əl çəkmir - “Türklə barış olmaz!”

Qarabağın işğaldan azad olunmuş ərazilərindən - Hadrut və Şuşada yaşamış ermənilər Ermənistan hökumətindən onlara qaçqın statusu verilməsini tələb edirlər. Polemika.az xəbər verir ki, bu barədə “Aysor” nəşri məlumat yayıb.

Həmin ərazilərdən gedən errmənilər bu gün İrəvanın Respublika meydanından başlayan və Fransanın Ermənistandakı səfirliyinin binası qarşısında davam edən etiraz aksiyası keçiriblər.

“Bir il əvvəl üçtərəfli bəyanat imzalanıb ki, bu, xalq üçün qəbuledilməzdir, lakin biz bu sənədin bəndlərini rəhbər tutsaq, onda qaçqınların geri qayıtması barədə yazılıb. İndi doğma hökumətimiz bizi qaçqın kimi tanımırsa, bu qayıdış necə davam edəcək? Razılaşmada qeyd edilir ki, məcburi köçkünlər və qaçqınlar Qarabağ ərazisinə qayıtmalıdırlar. Amma bizə heç bir qaçqın statusu verilmir”, - deyə aksiyanın iştirakçısı, “Şuşadan məcburi köçkün edilmiş erməni əhalisi” ictimai təşkilatının üzvü Aşot Arutyunyan bildirib.

“Biz artıq hökumətimizdən ümidimizi itirmişik, xarici dövlətlərin səfirliklərinə, beynəlxalq təşkilatlara müraciət edirik”, - aksiya iştirakçıları qeyd ediblər.

Aksiya iştirakçıları Azərbaycanla dinc yanaşı yaşama məsələsinə də toxunaraq, bunun mümkün olmadığını vurğulayıblar.

“Biz Azərbaycanın yürütdüyü cinayət siyasəti ilə bağlı dünya ictimaiyyətinə müraciət edirik. Türklə dostluq mümkün deyil. Tarix göstərdi ki, türklə barış olmaz. Siyasi mənada bir-birinə deyirlər: biz dost olmalıyıq, yəqin ki, bu bir oyundur. Əslində, bunu iddia edənlər də bilirlər ki, bu mümkün deyil”, - deyə Hadrutdan qaçqın düşmüş İra Tamrazyan bildirib.

Qeyd edək ki, Qarabağın işğaldan azad olunmuş ərazilərindən qaçan ermənilər, hələ də həllini tapmayan sosial problemlərlə üz-üzədirlər və onlar hökumətə bu barədə dəfələrlə müraciət ediblər. Onları narahat edən problemlərlə bağlı daha bir məktubu Fransa səfirliyinə veriblər və cavab gözlədiklərini bildirirlər. Səfirlikdən bildirilib ki, əvvəlki məktub artıq Fransada olub.

 

Ermənilər düşmənçilikdən əl çəkmir - “Türklə barış olmaz!”