Erməni politoloq "3+3" formatı haqda: "Bu mümükün deyil"

Erməni politoloq "3+3" formatı haqda: "Bu mümükün deyil"

Erməni politoloq "3+3" formatı haqda: "Bu mümükün deyil"

“Gürcüstan, Rusiya, Türkiyə, İran, Ermənistan və Azərbaycanın eyni vaxtda iştirak edə biləcəyi 3+3 platforması heç cürə işləyə bilməz”.

Polemika.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan “Dəhliz, yoxsa yol? Ermənistanın mövqeyi necə olmalıdır?” mövzusunda ekspert müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə prezidentinin təklif etdiyi “3+3” formatı nəticə verməyəcək: 

"Bölgədə çox fərqli maraqları olan ölkələr olduğundan bunu çətin hesab edirəm. Hətta formal olaraq o ölçü var və təsəvvür edək ki, müqavilələr, sənədlər imzalanıb, amma hələ də heç nə işləmir. Səbəb 6 ölkənin maraqlarının nəinki üst-üstə düşməməsi, əksinə, əks istiqamətdə olmasıdır. Rusiya, Türkiyə, İran və bir-biri ilə ziddiyyətdə olan digər ölkələr nə istəyir? Belə olan halda bu təşəbbüs niyə irəli sürülür?"

Aleksandr İskəndəryan qeyd edib ki, Türkiyə belə bir addımla Cənubi Qafqazda qərar qəbul edən dövlət kimi, öz təsirini yaratmağa və bunu institusional şəkildə etməyə çalışır:

“Bu məsələ ilə bağlı müzakirələrin davam edəcəyini, açıqlamaların olacağını və bu kimi, işlək olmayan tərzlərin davam edəcəyini istisna etmirəm”.

Erməni politoloq "3+3" formatı haqda: "Bu mümükün deyil"