Erməni nəşri Paşinyanın komandasında kulis mübarizəsindən yazdı

Erməni nəşri Paşinyanın komandasında kulis mübarizəsindən yazdı

Erməni nəşri Paşinyanın komandasında kulis mübarizəsindən yazdı

“Mülki müqavilə” komandasında əmri pozanlar ciddi şəkildə cəzalandırılır. Belə məqsədlər üçün məmurun “korlanması” mexanizmi işə salınır.

Polemika.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri hakim partiyanın daxilində baş verənlərlə bağlı mövzunun davamında qeyd edir:

"Ən yaxşı yol, təbii ki, bu və ya digər nazirə və ya deputata, daha çox isə İrəvan merinə qarşı mediadan və "Facebook"-da kampaniyalardan istifadə etməkdir".

“Nikol Paşinyanla Ayk Marutyan arasında münasibətlərin son kəskinləşməsinə nəyin səbəb olduğunu söyləmək çətindir. Bəlkə də buna səbəb yeni avtobusların alınması ilə bağlı səslənən müsbət fikirlər olub. Hakimiyyət Ağsaqqallar Şurasının köməyi ilə Ayk Marutyana impiçment elan etmək və “əks-inqilabçı” merdən yaxa qurtarmaq qərarına gəlib. Merin birinci müavini Qraçya Sarkisyan bu məsələdə çox fəaldır”, – "Hraparak" qəzet Ermənistan iqtidarı daxilində gedən mübarizəyə işıq salır.

Erməni nəşri Paşinyanın komandasında kulis mübarizəsindən yazdı