Emreli: "Start heyətində meydana çıxmaq inanılmaz hissdir"

Emreli: "Start heyətində meydana çıxmaq inanılmaz hissdir"

Emreli: "Start heyətində meydana çıxmaq inanılmaz hissdir"

"Belə bir oyunda start heyətində meydana çıxmaq inanılmaz hissdir".

Polemika.az xəbər verir ki, bunu Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli evdə "Şibenik"ə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Xorvatiya çempionatında debüt görüşünü dəyərləndirən 25 yaşlı hücumçu çoxdandır ilk "11-lik"də yer almadığını bildirib: "Bu, həm klub, həm də azarkeşlər üçün xüsusi oyun idi".

İlk dəfə "Dinamo"nun heyətində start "11-liy"ində meydana çıxan Mahir Emreli 60-cı dəqiqədə əvəzlənib.

Emreli: "Start heyətində meydana çıxmaq inanılmaz hissdir"