Dənizkənarı Milli Parkın yaxınlığında batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi

Dənizkənarı Milli Parkın yaxınlığında batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi

Dənizkənarı Milli Parkın yaxınlığında batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında 1 nəfərin dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Polemika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Dənizkənarı Milli Parkın yaxınlığında batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi